Xəzər Xəbər

Sürücülərə XƏBƏRDARLIQ! Bu yollarda hərəkətdə olarkən diqqətli olun!

Cəmiyyət | 11:09 • 23 Avqust 2019
Sürücülərə XƏBƏRDARLIQ!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov bağının ətrafı, Səid Rüstəmov və Əhməd Cavad küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə XəzərXəbər-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Xəbər lenti

Çox oxunanlar