Xəzər Xəbər

Dövlət qulluğu üzrə müsahibədə iştirak etmiş 28 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

Cəmiyyət | 11:23 • 10 Avqust 2019
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmiş 28 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir. Avqustun 10-u saat 11:05-ə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 28 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.


DİM-dən xezerxeber.az-a bildirilib ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-dək davam edəcək. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.


Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti