Xəzər Xəbər

Yeni dərmanların testləşdirilməsi üçün süni göz yaradıblar

Cəmiyyət | 21:33 • 9 Avqust 2019
Yeni dərmanların testləşdirilməsi üçün süni göz yaradıblar

Çoxlarına məlum olan "Quru göz sindromu” buynuz qişasının qıcıqlanmasına və görmə ilə problemlər yaranmasına səbəb olur.


Xezerxeber.az "slashgear.com” saytına istinadən xəbər verir ki, Amerika mühəndisləri tərəfindən yaradılmış unikal platformanın köməyi ilə əczaçılar xəstəliyə qarşı mübarizənin daha effektiv metodlarını işləyib hazırlaya biləcəklər.


Pensilvaniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları 3D-printerin köməyi ilə yaradılmış miniatür ölçülü, məsaməli karkasla qurğunu təqdim ediblər. Şərti olaraq "çipdə göz” adlanan bu sistem jelatindən hazırlanmış göz qırpan və süni göz yaşlarının köməyi ilə səthi daim nəmləndirilən "göz qapağı” ilə təchiz edilib.


Bu mexanizmin işə salınması insan gözünün buynuz qişasının nəmlənməsində bu və ya digər damcıların nə qədər effektiv olduğunu aydınlaşdırmağa imkan verəcək. Prototipin əsas üstünlüyü onun ucuz başa gəlməsi və asanlıqla istehsal edilməsi ilə bağlıdır. Tədqiqatçılar belə cihazın köməyi ilə süni göz yaşlarının istehsalçılarının yeni preparatlar hazırlamasını timullaşdırmağı planlaşdırırlar: alimlərin sözlərinə görə, hazırda bazarda gözlərin quruluğunun profilaktikası üçün sertifikatlaşdırılmış dərmanların qıtlığı hiss olunur.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar