Xəzər Xəbər

“Xəzərdə su səviyyəsinin 1 metr aşağı düşməsi fəlakət deyil”

Cəmiyyət | 12:08 • 9 Avqust 2019
“Xəzərdə su səviyyəsinin 1 metr aşağı düşməsi fəlakət deyil”

"Xəzər dənizinin suyun səviyyəsinin 1 metr aşağı düşməsi fəlakət deyil, ekstremal hal sayılmır”.


Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib.

R. Məmmədov deyib ki, 1978-1995-ci illərdə dənizdə suyun səviyyəsinin 2,5 metr yüksəlməsi Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar ziyan vurub: "Bu, ekstremal hal idi. Bu gün üçün isə Xəzərdə suyun səviyyəsinin 1 metrdən çox azalması müşahidə olunur. Bu da ekstremal vəziyyət sayıla bilməz. Ola bilsin ki, bir müddətdən sonra əvvəlki səviyyəyə qayıtsın. Ümumiyyətlə, Xəzərdə suyun səviyyəsinin dəyişməsi dövrü xarakter daşıyır”.

Xəbər lenti