Xəzər Xəbər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

Cəmiyyət | 11:43 • 9 Avqust 2019
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Mərkəzdən xezerxeber.az-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən "Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbər lenti