Xəzər Xəbər

Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq

Cəmiyyət | 17:45 • 7 Avqust 2019
Diqqət!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Abay Kunanbayev küçəsində bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Xəbər lenti

Çox oxunanlar