Xəzər Xəbər

Azərbaycan qızları ilə bağlı maraqlı fakt: Özlərindən böyük kişilərə aşiq olanların sayı artıb

Cəmiyyət | 16:21 • 7 Avqust 2019
Azərbaycan qızları ilə bağlı maraqlı fakt:

Azərbaycanda özündən 10-15 yaş böyük kişilərə aşiq olan qadınların sayı artıb.

Bu sözləri Oxu.Az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, son dövrlər bu vəziyyətə görə yaşananproblemlərlə müraciət edən xanımların sayında artım var:

"20 yaşlı qızların özlərindən 10 yaş böyük kişilərə aşiq olması onlarda ciddi ürək xəstəliklərinə, vegetativ nevroz və sağlam düşüncənin pozulmasına gətirib çıxara bilir. Bəzən bu, bağlılıq hissi olur. Lakin əgərgün ərzində fikirlərini toplaya bilmirlərsə, hər yerdə o şəxsi görürlərsə, bu artıqaşiq olduğuna işarədir.

Ümumiyyətlə qadınların aşiq olma yaşları bölünür. 17, 18, 20 yaşlarında qızlarda buna daha çox rast gəlinir.

Statistikaya görə, qadınların bu yaşlarda aşiq olması "Adel” sindromuna gətirib çıxarır. 40-45 yaş qrupları arasında kiməsə aşiq olan qadınlarda isə bu sindrom özünü daha güclü göstərir”.

Xəbər lenti