Xəzər Xəbər

“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək

Cəmiyyət | 14:33 • 7 Avqust 2019
“ASAN xidmət” və “ASAN Kommunal”

Avqustun 12-si və 13-də Qurban bayramı ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.


Bu barədə XəzərXəbər-ə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat daxil olub.


Avqustun 14-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.


Qeyd edək ki, hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.


Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbər lenti