Xəzər Xəbər

Bəzi xəstəliyi olanlara üzmək olmaz

Cəmiyyət | 13:04 • 6 Avqust 2019
Bəzi xəstəliyi olanlara üzmək olmaz

Bəzi hallarda üzmək sağlamlıq üçün təhlükəlidir.

Oxu.Az rus KİV-inə istinadən bildirir ki, tənəffüs orqanları, ürək-damar sistemi və şəkərli diabet xəstələrinə dənizdə, göldə və çayda üzmək məsləhət görülmür.

İstənilən fiziki yük kimi üzmək də əks təsirə səbəb olur. Bildirilir ki, xəstəliklərdən başqa sərxoş vəziyyətdə suya girmək də təhlükəlidir.

Bu zaman hərəkətləri idarə etmək olmur və insan özünü itirir. Spirtli içkinin təsiri ilə beyinin fəaliyyəti yavaşlayır, təhlükəni hiss etmə qabiliyyəti zəifləyir və özünü qoruma instinkti yox olur.

Bu isə çox vaxt bədbəxt hadisələrə və zədələrə səbəb olur. Ekspertlər qeyd edirlər ki, spirtli içki qəbul etmədən də soyuq suda üzmək orqanizmi stresə soxur.

Orqan və toxumaların oksigen tələbatı artır. Eyni zamanda damarların divarları yığılır, ürək döyüntüsü sürətlənir və qan təzyiqi artır.

Xəbər lenti