Xəzər Xəbər

Maqnit qasırğası kimlərə təsir edəcək? Xəbərdarlıq

Cəmiyyət | 10:43 • 6 Avqust 2019
Maqnit qasırğası kimlərə təsir edəcək?

Şəkərli diabet, bronxial astma kimi xəstəlikləri olan şəxslər maqnit qasırğası olan müddətdə həkim nəzarətində olmalıdırlar.

Bu sözləri Axar.az-a Şamaxı Astrofizika Rəsədxanasının avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumatına münasibət bildirən tibb eksperti, professor Adil Qeybulla deyib.

O bildirib ki, maqnit qasırğaları yaşından asılı olmayaraq meteohəssas insanlara mənfi təsir göstərir:

"Maqnit qasırğası təzyiqi tez-tez dəyişən, damarlarında spazma gedən insanlar daha çox təsir edir. İqlim dəyişmələrinə həssas olan insanlar bu cür hava şəraitində daha diqqətli olmalıdırlar. Yaxşı olardı ki, maqnit qasırğası gözlənilən günlərdə müəyyən xəstəlikləri olan insanlar həkimləri ilə məsləhətləşsinlər və onları nəzarətində olsunlar. Bronxial astma, şəkərli diabet, xroniki xəstəlikləri olan insanlar bu cür hava şəraitində səhhətlərinə diqqət etməli və lazım olan dərmanları qəbul etməlidirlər. Meteohəssas insanların bu dövrü ev şəraitində keçirməsi daha məqsədəuyğun olardı”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumat yayıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
545 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti