Xəzər Xəbər

Həkim qızdırma ilə bağlı gizli faktı açıqladı

Cəmiyyət | 16:20 • 5 Avqust 2019
Həkim qızdırma ilə bağlı gizli faktı açıqladı

Tibbi ekspert Faiq Məmmədovun sözlərinə görə, uşaqlarda qızdırma 38 dərəcədən yuxarı qalxmayıbsa və uşaq normaldırsa, heç bir dərmana ehtiyac yoxdur.

Qızdırmanın immun sistemin təbii bir reaksiyası olduğunu deyən həkim sözlərinə belə davam edib:

"Qızdırma immun sisteminin təbii bir reaksiyasıdır, müalicəvidir. Çox nadir hallarda febril qıcolma verə bilər. 38-dən yuxarı qalxmayıbsa və uşaq normaldırsa, bol maye qəbulundan başqa heç nəyə ehtiyac yoxdur. Heç bir sübut yoxdur ki, qızdırmanın salınması febril qıcolmanın qarşısını alır. İmkan verin ki, immun sistemi işini görsün. Qızdırmanı salanda mübarizə zəifləyir”.

Daha sonra F.Məmmədova analar üçün xüsusi qeyd edib. O bildirib ki, uşağın dalınca dəsmalla qaçıb belin qurulamaq lazım deyil, uşaq o hadisədən xəstələnməyəcək./publika.az

Xəbər lenti