Xəzər Xəbər

Nikahdankənar doğulan uşaqların sayı açıqlandı - Kəndlərdə vəziyyət qəlizdir

Cəmiyyət | 11:57 • 2 Avqust 2019
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı - Kəndlərdə vəziyyət qəlizdir

Hər il kənd yerlərindənikahdankənar doğulan uşaqların sayı çoxalır.

Bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova məlumat verib.

A.Veysəlova nikahdankənar doğulmaların sayında həmişə dəyişkənliyinolduğunu bildirib:

"Bu rəqəmlər hər il gah azalır, gah da artır. 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı daha çox idi. Həmin il30 983 uşaq doğulub.Amma 2011-ci ildən başlayaraq indiyədək bu rəqəmlərdə azalmavar. Sonuncu rəqəmlər artıq 20 min civarındadır. Bununla belə, şəhər yerlərinə nisbətdə kəndlərdə bu göstərici çoxluq təşkil edir”.

O qeyd edibki, verilən rəqəmlər ümumi xarakter daşıyır:

"Amma qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların qeydiyyatının aparılması ilə bağlı başqa yanaşma da var. Belə ki, Ədliyyə Nazirliyinə hər iki valideynin və ya tək qadının ərizəsi ilə müraciət edilir. Məsələn, bəzən normal ailələrdə4 və ya 5 uşaqolmasına rəğmən, ailə başçılarının rəsmi nikahı olmur, münasibətlərini hansısa səbəblərdən rəsmiləşdirə bilmirlər. Amma valideynlər öz uşaqlarından imtina etmir,normal ailə münasibətləri çərcivəsində yaşayırlar. Biz belə ailələrə öz maarifləndirici təlimlərimiz zamanı rəsmi nikahla bağlı məsləhətlər veririk. Çünki bu, çox mühüm məsələdir. Rəsmi nikah həm uşağın, həm ananın, həm də atanın hüquqlarının qorunması və digər məsələlərdə mühüm amildir”.

Komitə rəsmisinin sözlərinə görə, narahatedici və düşündürücü məqam tək ananın ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib doğum haqqında şahədətnamə almasıdır:

"Tək qadınlar qeyri-rəsmi nikahda olan qadınların çox azhissəsinitəşkil edir. Bunun səbəblərini araşdırmaq lazımdır. Çünki ola bilər ki, xanım hamilə olduğu zaman əri rəhmətə gedə və ya boşanma prosesi ola bilər. Ötəri münasibətlər nəticəsində, yarımçıq qeyri-rəsmi əlaqə nəticəsində doğulan uşaqlar da olur”.

A.Veysəlova vurğulayıb ki, 2011-ci il də daxil olmaqla, bu cür uşaqların doğulma dinamikasında artım var idi. Amma 2011-ci ildən etibarən azalma müşahidə edilir:

"Deməli, insanlar nikah məsələlərinə artıq çox məsuliyyətlə yanaşırlar. Münasibətlərin rəsmiləşdirilməsi hər cəhətdən faydalıdır. Bu, bir prosedur qaydasıdır. Həm də hüquqların müdafiəsiüçün çox önəmlidir. Xüsusilə dünyaya gələn uşaqların hüquqlarının qorunması, vətəndaşlığının müəyyən olunması, doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin alınması və digər məsələlərə görə lazımdır.

Amma kənd yerlərində problemlər çoxdur. Onu da bildirim ki, rayon yerlərində daha çox azərbaycanlı olmasına baxmayaraq, Rusiya, Gürcüstan və ya başqa ölkə vətəndaşı olan şəxslər nikahbağlamırlar. Çünki həmin ölkədə nikahda olmaması barədə sənədhansısa səbəblərdən təqdim edilmir. Hətta şəxsiyyət vəsiqəsinin vaxtının keçməsinə rəğmən, onu gedib dəyişdirməyənlər də var. Bu haldanikah rəsmi olaraq qeydə alınmır. Kənd yerlərində bu cür sənədləşmə problemləri var”.

O vurğulayıb ki, bütövlükdə 1990-cıillərlə müqayisədə rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artmaqdadır:

"Qeyd edim ki, 1990-cı illərdə nikahdankənar doğulan uşaqlar şəhər yerlərində daha çox idi. 2003-cü ildən etibarən kənd yerlərində doğulan belə uşaqların sayında artım var. 2017-ci ildə şəhərdə 8167, kənd yerlərində isə 14 629 belə uşaq doğulub. Ümumiyyətlə, 2016-cı ildə 26 288,2017-ci ildə 22 796,2018-ci ildə isə 20 716 uşaq nikahdankənar doğulub. Göründüyü kimi, ilbəil nikahdankənar doğulan uşaqların sayı azalır.

Rəsmi nikahları olmasa da, 2017-ci ildə Ədliyyə Nazirliyinə hər iki valideyn tərəfindən 16 471 uşaq üçün ərizə təqdim olunub. Həmin ildə yalnız tək ana tərəfindən 6325 müraciət daxil olub”.

Xəbər lenti