Xəzər Xəbər

Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

Cəmiyyət | 18:20 • 1 Avqust 2019
Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Trend-in məlumatına görə, agentlik bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Xəbər lenti