Xəzər Xəbər

DİQQƏT! Xırdalana gedən yol BAĞLANACAQ 20 gün / SƏBƏBİ

Cəmiyyət | 14:01 • 31 İyul 2019
DİQQƏT! Xırdalana gedən yol BAĞLANACAQ

Xırdalanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

XəzərXəbər APA-ya istinadən bildirir ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin Heydər Əliyev prospektində avtomobil yolu birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətindəbağlı olacaq.

Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinədək "Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.

Yaranmış narahatlıqla bağlı "Azərsu” ASC Xırdalan sakinlərindən üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Məlumat üçün bildirək ki, hələ 2017-ci ilin əvvəlində Xırdalan şəhəri Heydər Əliyev prospektinin genişləndirilməsi və abadlaşdırılması nəzərdə tutulmuşdu. Sözügedən layihənin həyata keçirilməsi və H.Əliyev prospektinin hər iki istiqamətinin qazılaçağını nəzərə alaraq abadlıq işi ləngidilib.

Xəbər lenti