Xəzər Xəbər

Meteohəssaslar üçün YENİ XƏBƏR

Cəmiyyət | 11:48 • 31 İyul 2019
Meteohəssaslar üçün

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası gözlənilən kosmik hava proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, geomaqnit sahə ümumən çox sakitdir. Sabah da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Enerjili elektron selinin də normal səviyyədə qalacağı proqnozlaşdırılır.

Sabah Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı isə 1%-dən aşağı qiymətləndirilir.

Xəbər lenti