Xəzər Xəbər

Xəzər daha bir ailənin övladını "uddu" Bu dəfə 12 yaşlı oğlan...

Cəmiyyət | 13:22 • 29 İyul 2019
Xəzər daha bir ailənin övladını "uddu"

Xəzərdə boğulan 12 yaşlı oğlanın meyiti tapılıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 28.07.2019-cu il tarixində Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.

E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti