Xəzər Xəbər

Kondisioner insanın sağlamlığına necə təsir edir

Cəmiyyət | 21:14 • 26 İyul 2019
Kondisioner insanın sağlamlığına necə təsir edir

Adamların çoxu belə hesab edir ki, uzun müddət kondisionerin qarşısında olan insan ciddi xəstələnə bilər.


Xezerxeber.az "MedikForum” saytına istinadən xəbər verir ki, Lourens adına Milli Laboratoriyanın (Kaliforniya Universiteti, Berkli, ABŞ) bir qrup alimi kondisionerin insanlara müxtəlif şəkildə təsir göstərdiyini sübut edib, çünki hər kəsin orqanizminin fərdi xüsusiyyətləri var.


Alimlər hesab edirlər ki, burada hər şey kondisionerdən necə istifadə edilməsindən asılıdır. Ondan düzgün istifadə edilsə, xəstələnmə mümkün deyil. Araşdırma nəticəsində məlum olub ki, əhvalın pislənməsindən şikayətlənənlər çox vaxt ofis işçiləri olur. Bu fenomen "xəstə binalar sindromu” adlanır. Kondisionerlərin yanında çalışan ofis işçiləri özlərini halsız hiss edir, tez-tez öskürür, zökəm olurlar, tənəffüsləri pisləşir, boğazları quruyur, baş ağrıları yaranır.


Alimlərin sözlərinə görə, kondisionerin işi insanın psixikasına təsir göstərir. Otaqda hava çox isti və ya soyuq olanda insanın əmək məhsuldarlığı azalır.


Mütəxəssislər kondisionerin müsbət təsirləri arasında havanın düzgün filtrasiyasını xüsusi qeyd edirlər. Bu halda havanı çirkləndirən hissəciklər insan orqanlarına düşə bilmir.


Alimlər müəyyən ediblər ki, kondisionerdən düzgün istifadə edildikdə o, ürək-damar xəstəliklərinə tutulma riskini azaltmağa kömək edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
538 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti