Xəzər Xəbər

Siqareti tərgidəndən sonra boğazda yaranan allergik proseslərin qarşısını almaq olar

Cəmiyyət | 10:54 • 26 İyul 2019
Siqareti tərgidəndən sonra boğazda yaranan allergik proseslərin qarşısını almaq olar

Siqaret çəkmək kimi zərərli vərdişdən yaxa qurtarmaq heç də asan olmur. Çox vaxt bu zərərli vərdişin aludəçiləri ondan xilas olmağın yolunu bilmirlər.


AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun təklif etdiyi təbii reseptlər siqareti tərgitdikdən sonra boğazda qıcıqlanma, öskürək və allergik proseslərin aradan qaldırılması üçündür.


Onun dediyinə görə, həmin reseptlərə əməl edilməsi bəlğəmin xaric olunmasını asanlaşdırdığına görə bronxları da təmizləyir: "Hər səhər yeməkdən yarım saat əvvəl keçibuynuzu meyvəsi doğranılır, 400 ml qaynar suda dəmlənilib süzüləndən sonra içilir.


Günorta 1 xörək qaşığı dazıotu 1 stəkan suda dəmlənilərək içilir. Dazıotu antidepresant olduğu üçün asılılıqllardan qurtulmaq üçün sinir gərginliyini aradan götürür.


Axşamlar hərəsindən 1 xörək qaşığı bədrəncotu və biyan kökü 1 stəkan qaynar suda dəmlənilir və yeməkdən yarım saat əvvəl qəbul edilməsi sakitləşdirici və trankvilizəedici təsir göstərir”.

Xəbər lenti