Xəzər Xəbər

Müəllim olmaq istəyənlərin 46 faizi növbəti mərhələyə keçib

Cəmiyyət | 12:27 • 25 İyul 2019
Müəllim olmaq istəyənlərin 46 faizi növbəti mərhələyə keçib

Builki müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən 4 1288 namizəddən 18 881-i (46%) növbəti mərhələyə vəsiqə qazanıb.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bu gün keçirdikləri mətbuat konfransında deyib.

Nazir müavininin sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib: "Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçənilkindən daha yüksək nəticə əldə ediblər".

Xəbər lenti