Xəzər Xəbər

Bu il 69 nəfər dərmandan zəhərlənib

Cəmiyyət | 12:21 • 25 İyul 2019
Bu il 69 nəfər dərmandan zəhərlənib

"Bu ilin əvvəlindən indiyədək 69 nəfər dərmandan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edib”.


Bunu APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənmə halı qeydə alınanlardan 12 nəfəri uşaq olub: "Dərmandan zəhərlənmə ilə bağlı ölüm halı qeydə alınmayıb. Zəhərlənmələr arasında sakitləşdirici, depressiyaya qarşı və yuxu dərmanları üstünlük təşkil edib”.


A.Maqsudov qeyd edib ki, ötən il 121 nəfərdə dərmandan zəhərlənmə halı qeydə alınıb. Onun sözlərinə görə, bu il ərzində 41 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib: "Həmin şəxslər qəbul etdikləri dərmanlara həssas olduqlarından allergik təsir göstərib, müayinə olunaraq evə göndəriliblər”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
363 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti