Xəzər Xəbər

İşsizlər üçün peşə hazırlığı kursları təşkil edilir

Cəmiyyət | 09:55 • 25 İyul 2019
İşsizlər üçün peşə hazırlığı kursları təşkil edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, işəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana, Xidmət tərəfindən aşağıdakı peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər:

Sıra sayı

Peşənin adı

Peşə hazırlığı kursunun müddəti

1

bənna

2,5 ay

2

dərzi

3 ay

3

dülgər

2,5 ay

4

əl ilə qaynaqda elektrik qaynaqçısı

3 ay

5

əməliyyatçı mühasib

2,5 ay

6

ərzaq mallarının satıcısı

2 ay

7

frezerçi

3 ay

8

ikinci dairə üzrə elektrik quraşdırıcısı

2,5 ay

9

inşaat rəngsazı

2,5 ay

10

katib-makinaçı

2,5 ay

11

qaz qaynaqçısı

3 ay

12

sanitar-texniki düyün və detalların hazırlanması üzrə çilingər

3 ay

13

suvaqçı

2 ay

14

tornaçı

3 ay

15

üzləyici-tava döşəyən

2,5 ay

16

Arıçı

3 ay

17

Aşpaz (Azərbaycan kulinariyası)

3 ay

18

aşpaz

3 ay

19

AutoCad (Arxitektura dizaynının əsasları)

3 ay

20

Baş aşpaz

3 ay

21

Bənna

3 ay

22

Çilingər-yığıcı (metal emalı)

3 ay

23

Dağ turist marşrutları üzrə bələdçi

3 ay

24

Daş düzən (yollara)

3 ay

25

Dəmiryol montyoru

3 ay

26

Ekskursiya bələdçisi

3 ay

27

Kişi bərbəri

3 ay

28

Laminat döşəyən

3 ay

29

Manikürçü

3 ay

30

Ofisiant (banket və ziyafətlər üçün)

3 ay

31

Ofisiant

3 ay

32

Otel xadiməsi (təmizlik işləri)

3 ay

33

Parket döşəyən

3 ay

34

Qənnadçı

3 ay

35

Quşçu

3 ay

36

Quru inşaat işləri ustası

3 ay

37

Şirniyyatçı

3 ay

38

Taxtapuşçu (dammazçı)

3 ay

39

Tərəvəzçi (intensiv tərəvəzçilik)

3 ay

40

Traktorçu-maşinist

3 ay

41

Traktorçu-meliorator

3 ay

42

Üzümçü

3 ay

43

Veb-səhifə dizaynının əsasları

3 ay

44

Vektor qrafik dizaynın əsasları (Corel Draw)

3 ay

45

Verilənlər bazası operatoru (Ms Access)

3 ay

46

Vizajist

3 ay

47

"Yaşıl turizm” təşkilatçısı

3 ay

48

Alüminium və plastik materiallardan məmulatların yığıcı çilingəri

3 ay

49

Arxivçi

3 ay

50

Çamaşırçı

3 ay

51

Elektron ticarətçi

3 ay

52

Kansyerj

3 ay

53

Mebel quraşdırıcısı

3 ay

54

Mehmanxana qapıcısı (belman)

3 ay

55

Qeydiyyatçı (mehmanxanada)

3 ay

56

Sahibkar (kiçik sahibkarlıq fəaliyyəti)

3 ay

57

Traktorçu-əkinçi

3 ay

58

Traktorçu-kombaynçı

3 ay

Qeyd edək ki, işsiz şəxslərin peşə hazırlığı İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Kurslar üçtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında həyata keçirilir. İşəgötürənlər əməkdaşlıq etmək üçün Xidmətə müraciət (əlaqə telefonu 596 74 36; əlaqələndirici şəxs Rəşad Əsgərli, e-mail: dmx-peshe@mlspp.gov.az) edə bilərlər.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti