Xəzər Xəbər

Xarici ölkələrin də yüksək dövlət vəzifələrinin birinci hərfi böyüklə yazılmalıdır - Möhsün Nağısoylu

Cəmiyyət | 16:34 • 23 İyul 2019
Xarici ölkələrin də yüksək dövlət vəzifələrinin birinci hərfi böyüklə yazılmalıdır -

"Xarici ölkələrin də yüksək dövlət vəzifələrinin tərkibindəki bütün sözlərin birinci hərfi böyüklə yazılmalıdır”.


Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.


O qeyd edib ki, "Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda yer alan qaydalar xarici ölkələrin də yüksək dövlət vəzifələrinin yazılışına şamil edilir.


Xatırladaq ki, bu ilin aprel ayında Nazirlər Kabineti "Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib. Yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən "Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.


Azərbaycan dilinin yeni orfoqrafiya normalarına görə, yüksək dövlət vəzifələrinin (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti