Xəzər Xəbər

Kolleclərə abituriyentlərin ərizə qəbulu davam edir

Cəmiyyət | 12:40 • 23 İyul 2019
Kolleclərə abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir.


İyulun 23-ü saat 12:20-yə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23 min 484 (Azərbaycan bölməsi üzrə 22 min 828, rus bölməsi üzrə 656) abituriyentin ərizəsi təsdiqlənib.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5‑dək "ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə "Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.


Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50-dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
383 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti