Xəzər Xəbər

Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Cəmiyyət | 15:17 • 19 İyul 2019
Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

İyulun 15-də saat 11:55 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan "VE-396” bort nömrəli "Yamaha-48” tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.


DSX-nin Mətbuat mərkəzindən xezerxeber.az-a bildiriblər ki, qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan Sahil Mühafizəsinin "Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb. Saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkarlanıb. Heyət üzvləri saat 12:35 radələrində xilas edilərək sahilə çıxarılıblar.

Xəbər lenti