Xəzər Xəbər

Nazirlik sosial şəbəkələrdə yaranan problemlə bağlı açıqlama yaydı

Cəmiyyət | 18:10 • 17 İyul 2019
Nazirlik sosial şəbəkələrdə yaranan problemlə bağlı açıqlama yaydı

Bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Azərbaycanda da istifadəçilər "Facebook”, "Instagram” və "Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli

telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.


Populyar internet resurslarının işini təqib edən "Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.


ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər "Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər.

Xəbər lenti