Xəzər Xəbər

Bu içkilər xərçəng riskini artırır

Cəmiyyət | 10:33 • 16 İyul 2019
Bu içkilər xərçəng riskini artırır

Fransalı elm adamlarının apardığı araşdırmaya görə, gün ərzində 100 mq-dan çox şəkərli içki xərçəng riskini 18 faiz artır.


Sorbonne Universitetinin alimlərinin araşdırmasına görə, şəkərli içkilər, hətta 5 faiz şəkər ehtiva edən meyvə şirələri belə xərçəng riskini yüksəldir.


Bura eneji içkiləri, meyvəli süd, şəkərli çay, qəhvə və s. daxildir. Sözgedən araşdırma üçün mütəxəsislər 100 mindən çox insanı 5 il izləyib. Bu araşdırmada yuxarıda qeyd olunan nəticə əldə edilib.

Sonda iştirakçılardan min nəfərdən 26-da xərçəng izinə rast gəlinib. Elm adamları şəkərli içkilərin xərçəng riskini artırmasının səbəbinin qanda şəkərin miqdarının çoxalması ilə əlaqələndiriblər. Lakin alimlər bu istiqamətdə daha çox araşdırmaların aparılmasının vacibliyini vurğulayıb. (medicina.az)

Xəbər lenti