Xəzər Xəbər

Ağırçəkili olduğu üçün köməyə xilasedicilər gəldi - Bakıda

Cəmiyyət | 09:24 • 13 İyul 2019
Ağırçəkili olduğu üçün köməyə xilasedicilər gəldi -

Bakıda xilasedicilər ağırçəkili şəxsin xəstəxanaya çatdırılmasına yardım ediblər.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.


Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Xəbər lenti