Xəzər Xəbər

İş yerlərində kompüterlərın yaratdığı şüalanmanın təsiri araşdırılacaq

Cəmiyyət | 13:33 • 11 İyul 2019
İş yerlərində kompüterlərın yaratdığı şüalanmanın təsiri araşdırılacaq

"Risk əsaslı yanaşma önəmlidir. Fəaliyyət növündən, əmək qanunvericiliyinə düzgün əməl etməkdən asılı olaraq, sahibkarların və işəgötürənlərin risk əsaslı bölgüsünün olması çox vacibdir”.


Bunu "Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti" mövzusunda keçirilən konfransda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.


O bildirib ki, bu, işəgötürənləri layiqli iş yerləri yaratmağa və əməyin mühafizəsinə stimullaşdırar.


"Rəqəmsal sənayeyə keçid, dünyada baş verən tendensiyaları nəzərə alsaq, bu gün ən vacib məsələlərdən biri elektromaqnit şüalanmasıdır. Bu gün Azərbaycanda 5 milyona yaxın kompüter, 10 milyona yaxın mobil telefon var. Bu kompüterlərin böyük əksəriyyəti iş yerlərindədir. Kompüterlərin sayı və insanların şüalanmaya məruz qalması getdikcə artacaq. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bununla bağlı yeni bir layihəyə başlamaq istəyir. Bu, çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən şüalanmanın dərəcəsi müəyyənləşdirilir. Biz də gündəlik elektromaqnit şüalanmasının toplanmasına diqqət yetirmək istəyirik”, - V. Zeynalov vurğulayıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
376 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti