Xəzər Xəbər

Coğrafiya fənninin nüfuzunun azalması müzakirə edilib

Cəmiyyət | 15:29 • 8 İyul 2019
Coğrafiya fənninin nüfuzunun azalması müzakirə edilib

İyunun 30-da coğrafiyaçı fəallar – Azərbaycanın müxtəlif şəhər və kəndlərinin ali və orta məktəb müəllimləri, elmi tədqiqat institutlarının əməkdaşları, eləcə də coğrafiya dərsliklərinin müəllifləri, Dövlət İmtahan Mərkəzinin ekspertlərinin görüşü keçirilib.


AMEA Coğrafiya İnstitutundan xezerxeber.az-a verilən məlumata görə, görüşün təşkilində məqsəd Azərbaycan təhsilində coğrafiya fənninin bugünkü vəziyyəti, tədrisində olan problemlər və fənnin gələcək durumu haqqında müzakirələr aparmaq olub.


Görüşdə iştirak edən müəllimlər coğrafiya fənninin orta və ali məktəblərdə mövcud problemlərindən, bakalavr və magistratura pillələri üzrə qəbul imtahanlarına salınmış sualların qəlizliyindən, coğrafiya fənninin orta və ali məktəblərdə nüfuzunun azalmasından və buna əsas səbəb kimi fənnin nə buraxılış imtahanlarında, nə də ali məktəblərə qəbul imtahanlarında II ixtisas blokundan başqa digər bloklara salınmamasından danışıblar.


Məsələ ilə bağlı bir çox təkliflər irəli sürülüb.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
440 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti