Xəzər Xəbər

Diqqət: Gecə bu qidaları yesəz... – Faydaları

Cəmiyyət | 11:35 • 6 İyul 2019
Diqqət: Gecə bu qidaları yesəz... – Faydaları

Gecə saatlarında qidalanmaq insan orqanizmində müxtəlif fəsadlara və ağrılara səbəb ola bilər. Bəzi insanlar üçün gecə qidalanmaq düşündüyümüzdən də riskli ola bilər. Lakin elə qidalar var ki, onları gecə saatlarında da yemək olar.

XəzərXəbər həmin qidaları sizə təqdim edir:

* Bəzi elm adamları gecə ac yatmağın çox yemək qədər zərərli olduğunu bildirir. Əgər gecə aclıq hiss etsəniz, pendir yeyə bilərsiniz. Pendir tez həzm olan qidalardandır.

* Dietoloqlara görə, qatıq gecə yeyilə biləcək möhtəşəm qidalardandır. Qatıq həmçinin həzmi asanlaşdırır və artıq çəkiləri atmaqda sizə kömək edir.

* Gecə banan yemək də sizin aclıq hissinizi yatıracaq və mədənizdə olan narahatlığı aradan qaldıracaq. Həmçinin, banan yemək həzmi sürətləndirir və gecə rahat yatmağınıza kömək edir.

* Gecə yatmazdan əvvəl bir stəkan albalı şirəsi içmək aclıq hissinizi aradan qaldıracaq və gecəni rahat yatmaqda kömək edəcək.

* Yaşıl tərəvəzlər də gecə yeyilməsi məsləhət edilən qidalardandır. Məsələn, kələm yesəniz, həm aclığınız keçəcək, həm də artıq çəkiləri atmaqda sizə kömək edəcək.

Xəbər lenti