Xəzər Xəbər

Bu yollar axşam bağlı olacaq

Cəmiyyət | 13:23 • 20 İyun 2019
Bu yollar axşam bağlı olacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli və Təbriz küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti