Xəzər Xəbər

Qarpız-yemişin sağlamlığa faydaları – Hansı xəstəliklərdə olmaz?

Cəmiyyət | 10:35 • 19 İyun 2019
Qarpız-yemişin sağlamlığa faydaları

Havaların sürətlə isinməsi ilə qarpız-yemiş də sürətlə süfrələrimizə gəlir. Yayın 2 vazkeçilməz meyvəsinin insan sağlamlığlna faydaları saymaqla bitməz.


Medicina.az həm qarpız, həm yemişin hansı xəstəliklərdə faydalı olacağını, hansı xəstəliklərdə isə əksinə qadağan olduğunu araşdıraraq, ən vacib məqamları toplayıb.


Əgər düzgün istifadə etsəniz, qarpız-yemişdən də fayda görərsiniz.


Yemişin 7 faydası:


1.İbn sina yemişlə müalicə edirdi


Məşhur təbib İbn Sina soyuqdəymə, bəzi virus və podaqranı yemiş tumları və qabığı ilə müalicə edərdi


2.Qəbizlik və babasildə


Yemişin ləti qəbizlik, həzm problemi, hemorroyu olanların müalicəsində tətbiq olunardı.


3.Qaraciyər və sidik kisəsini detoks edir


Yemiş özü və şirəsi bu orqanları çox yüngül şəkildə təmizləyir.


4.Psixi pozuntuları və əsəbi olanlar yesin


Qədim rus loğmanları depressiya, nevroz, psixi pozuntularda xəstəyə çox miqdarda yemiş yeməyi nəsləhət görərdilər. Çünki yemiş xoşbəxtlik hormonlarını artırır


5.İltihab əleyhinə təsir edir


Bu təsirinə görə vərəm,bronxit, revmatizm, artroz, podaqra xəstəliyində yeyilə bilər


6.Onkoloji xəstəliklərə qarşıdır


Yemişdə olan mikroelementlər şiş xəstəliklərinin profilaktikası üçün vacibdir.


7.Kişilərin cinsi gücünü artırır


Qədim xalq təbabətində yemiş tumlarından hazırlanmış dəmləmə ilə qonoreya və cinsi infeksiyaların müalicə edilməsi ilə bağlı məlumat var. Yemiş kişilərdə impotensiya zamanı faydalıdır.

Avropada son illər yemiş suyu ilə orqanizmin təmizlnməsi, detoksu dəbdədir.

Bəs kimlərə olmaz?


-Yemiş insult, iflic keçirmiş xəstələrə olmaz

-Şəkərli diabet – qlükoza çoxdur

-Südverən analar və 3yaşa kimi uşaqlar



Qarpızın sağlamlığa 7 faydası


1.Sidikqovucudur


Bədəndə artıq maye yığılması, şişkinlik zamanı mayeni qovur, sidik yollarını təmizləyir


2.Böyrəkləri kristal və çöküntüdən təmizləyir


Böyrəklərində daş olanlar yox, amma çöküntü, kristal, olanlar qapızın suyunu içə bilər


3.Bağırsağın peristaltikasını artırır


Qəbizliyi olanlar bol yeməlidir


4. Damarları xolesterindən təmizləyir


5. Qaraciyərdən toksinləri yuyur


Xroniki qaraciyər patologiyası olanlar, il ərzində çox miqdarda dərman qəbul edənlər, qaraciyərində piylənmə olanlar qarpızı bol yesin

6. Arıqladır


Xüsusən qarpızın qabıq hissəsinin altında ağ hissəsinin şirəsi arıqladıcı təsirə malikdir. Lakin birdəfəyə yarım stəkandan artıq qarpız suyu içmək olmaz


7.Əsəbləri sakitləşdirir, immuniteti möhkəmləndirir


Qarpız nevroz, əsəbi insanların dərmanı ola bilər. Yuxunu tənzimləyir. Qarpız orqanizmdə elə xəstəliyi, problemi, iltihabı müalicə edə bilər ki, ondan sizin xəbəriniz belə bəlkə də yoxdur.


Bəs kimlərə qarpız olmaz?


-Sidik ifrazında problem olanlar, dializ xəstələri, böyrək çatışmazlığı xəstələri

-Böyrəyində və ödündə çox və böyük daş olanlar

-Diareya, ishalda

-Ürək xəstəlikləri, ürək əməliyyatı olanlarda

-2 yaşa kimi uşaqlara

Xəbər lenti