Xəzər Xəbər

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər barəsində protokol tərtib edilib

Cəmiyyət | 17:53 • 8 İyun 2019
Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər barəsində protokol tərtib edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik və Nərimanov Rayon Polis idarələrinin əməkdaşları rayon ərazisindəki köşklərdə yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satılması faktları aşkarlayıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdıqlarına görə həmin köşklərin iki satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi ilə protokollar tərtib edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti