Xəzər Xəbər

Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ - Ölümdən xilas etdi - FOTO

Cəmiyyət | 14:13 • 5 İyun 2019
Azərbaycanda məktəbli oğlandan

Qubada çayda boğulma təhlükəsi ilə üzləşən azyaşlını xilas edən 12 yaşlı məktəbli mükafatlandırılıb.

Hadisə may ayının 22-də rayonun Cimi kəndində baş verib. Çaya balıq tutmağa gedən VI sinif şagirdi İsrafilov Dəyanət Yaqub oğlu balaca qız uşağının suda boğulduğunu görüb. Tilovu kənara atan Dəyanət suya girərək 3 yaşlı Qızbikə Abdullayevanı xilas edib. Uşağı sağ-salamat nənəsinə təhvil verən D.İsrafilov Qızbikə ilə birgə oynayan Yusif Abdullayevin də ehtiyatsızlıqdan çaya düşdüyünü öyrənib. Həmin əraziyə qayıdaraq axtarışa başlayan məktəbli 3 yaşlı Yusifi suda boğulmuş vəziyyətdə tapıb.

İndi Qubada hamı Vidadi Məmmədsalahov adına Cimi kənd tam orta məktəbinin şagirdi Dəyanət İsrafilovun qorxmazlığından danışır. Məktəblinin özünü təhlükəyə ataraq 3 yaşlı Qızbikə Abdullayevanı xilas etməsi təqdir olunaraq ona Quba Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi mükafatlar və fəxri fərman təqdim olunub.

Fənn olimpiadalarının final mərhələsində uğur qazanmış şagirdlərlə keçirilən görüşə dəvət olunan Dəyanət İsrafilova cəsarətli hərəkətinə görə təşəkkür elan olunub.(azərtac)




Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
504 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti