Xəzər Xəbər

Bakının bu ərazilərində qaz olmayacaq

Cəmiyyət | 12:17 • 4 İyun 2019
Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün Nəsimi rayonunun əksər ərazilərində qaz olmayacaq.

"Azəriqaz" İstehsalat Birliyindən XəzərXəbər-ə verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yeni çəkilmiş diametri 400, 160 və 110 mm-lik polietilen qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar