Xəzər Xəbər

Kişi sağlamlığını bərpa edən TƏBİİ QARIŞIQ Hər gün 1 qaşıq yeyin!

Cəmiyyət | 15:52 • 28 May 2019
Kişi sağlamlığını bərpa edən TƏBİİ QARIŞIQ

Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsuldur.

Tərkibində olan qiymətli maddələr sayəsində balqabaq tumları spermatozoidlərin hərəkətliyini artırır, spermanın keyfiyyətini yaxşılaşdırır, prostat vəzinə iltihabəleyhinə təsir edir, prostatitin müalicəsində yardım edir, prostat vəzi xərçənginin riskini azaldır.

Xalq təbabətində kişi sağlamlığının qorunması üçün çox faydalı resept var.

XəzərXəbər saglamolun.az-a istinadən bu resepti təqdim edir:

- 500 qr balqabaq tumları

- 1 stəkan bal

Tumları təmizləyin və tavada bir az qurudun. Tumları ətçəkən maşınından keçirin, bal əlavə edin, yaxşı qarışdırın.

Bu qarışıqdan hər səhər 1 x.q. olmaqla qəbul edin.

Xəbər lenti