Xəzər Xəbər

Varikoz xəstələrinin NƏZƏRİNƏ! Bunlara mütləq əməl edin

Cəmiyyət | 15:48 • 28 May 2019
Varikoz xəstələrinin NƏZƏRİNƏ!

Varikozdan əziyyət çəkən insanların ikinci düşməni isti havadır. Əgər ayaqlarınızda belə problem varsa, ağrı və şişlikdən xilas olmaq üçün mütləq müstəxəssisə müraciət edin.

XəzərXəbər medicina.az-a istinadən bu bəladan xilas olmağın 8 qızıl qaydasını təqdim edir.

Sərinlikdə olun:

Həddindən çox isti hava baldırlarınızdakı venaları genişləndirir. Şiddətli ağrılara səbəb olur. Buna görə də isti aylarda bol və hava keçirən materialdan parçalara üstünlük verin.

Susuz qalmayın:

Gün ərzində çox miqdarda su və yaxud başqa maye qəbul edin. Bu orqanizminizi daha sərin saxlayacaq və qanın fəaliyyətini nizamlayacaq. Yaddan çıxarmayın ki, az maye içsəniz, qanınızda qatılaşma meydana çıxacaq. Nəticədə laxtalanma ilə üz-üzə qala bilərsiniz.

Hərəkətsiz qalmayın:

Üzmə və yerimə kimi məşqlər davamlı edildikdə baldır əzələlərinizin fəaliyyətini bərpa edəcək. Əgər işdə və evdə məcburən oturaqlı vəziyyətdə qalırsınızsa, mümkün qədər 30 dəqiqdən bir ayağa qalxıb, barmaq uclarınızn üzərinə qalxın. Bu hərəkəti sinxron olaraq bir neçə dəfə təkarar edin. Oturduqda isə ayaqlarınızı önə uzadıb, yenidən büküb-açın. Bu hərəkəti gün ərzində bir neçə dəfə tətbiq etsəniz, xeyli faydası olacaq.

Dikdabanalardan uzaq durun:

Baldır əzələlərinin yaxşı işləməsi kirli qanın təmizlənməsi və ağ ciyərə doğru daşınmasına təkan verir. Hündür ayaqqabılar isə bu əzələlərin hərəkətinə maneə yaradır. Mümkün qədər düz və ortobetik ayaqqabılar geyinin.

Sıxılma corablar geyinin:

Hazırda sıxılma corablarından geniş istifadə edilir. Bunları seçərkən keyfiyyətlisinə üstünlük verin. İstifadə etməzdən əvvəl həkiminizdən məsləhət alın.
Günün altında qaralmaq əvəzinə süni qaralmadan istifadə edin:

Əgər hələ də varikozdan azad olmamısınızsa, günəşdə qaralmağa çalışmayın. Ayaqlarınızdakı estetik cəhətdən xoş olmayan görüntünü gizlətmək üçün dərinizin rəngini tündləşdirmək istəyirsinizsə, solyaridən istifadə edin.

Ayaqlarınızı yuxarıda saxlayın:

Oturduğunuz zaman yerin cazibə qüvvəsi varikoza mənfi təsir edir. Sizi narahat edən ağrılardan qurtulmaq üçün ayaqlarınızın altına hündür nəsə qoyun. Dözülməz ağrılar sizi yatanda da narahat edirsə, mütləq ayaqlarınızın altına yastıq yerləşdirin.

Qidalanmaya diqqət edin:

Duz qəbul etməyi azaldın. Bu sizə artıq çəkilərinizdən xilas olmağınıza, baldırlarınızadakı ağırlığı azaltmağa kömək edəcək.

Xəbər lenti