Xəzər Xəbər

Bir xurma və bir stəkan süd gündəlik qida tələbatını ödəyirmiş...

Cəmiyyət | 13:12 • 28 May 2019
Bir xurma və bir stəkan süd gündəlik qida tələbatını ödəyirmiş...

Hazırda alimlər insanın yalnız xurma və su ilə uzun illər yaşaya biləcəyini təsdiq edirlər.


XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, qida mütəxəsissləri qeyd edir ki, bir ədəd xurma və bir stəkan süd insanın qidaya olan gündəlik tələbatını ödəyə bilər.


Tərkibində təxminən 20% nəmlik olan təzə xurmalarda 60-65% şəkər və 2% zülal, quru xurmalarda isə 75-85% şəkər mövcuddur. 100 qr təbii şəkildə qurudulmuş xurmanın enerji dəyəri 274 kilokaloridir.


Ümumiyyətlə xurmanın tərkibində orqanizm üçün faydalı olan zülal, karbohidrat, yağ, əhəmiyyətli mineral elementlərdən olan fosfor, kalsium, dəmir, kalium, magnezium, həmçinin A və B qrup vitaminləri (B1, B2, B3, B6, B12 ) mövcuddur. Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir edərək, bağırsaqların fəaliyyətini tənzimləyir. Həmçinin, xurmadakı şəkər qanda şəkərin miqdarını artıran qlükoza deyil, orqanizmin aktivliyini gücləndirən, onu hərəkət və bol miqdarda istilik enerjisi ilə təmin edən, asanlıqla mənimsənilən fruktozadır. Elə bu səbəbdən də istənilən miqdarda xurma istehlakı orqanizmə artıq çəki (piylənmə) problemi yaratmır.


Gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rolu oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir. Xurma istehlakı həmçinin dərini qidalandırır, günəş ləkələrini yox edir, qanda şəkərin miqdarını tənzimləyir. Xurmanın tərkibindəki dəmir anemiya xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, B1 və B2 vitaminlərinin olması qaraciyərin fəaliyyətini gücləndirir. Süd verən anaların xurma qəbul etməsi onlarda süd hormonlarını aktivləşdirir və südün çoxalmasını təmin edir.

Xəbər lenti