Xəzər Xəbər

Üç küçədə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Cəmiyyət | 17:21 • 27 May 2019
Üç küçədə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar avtomobil sahiblərinə və sürücülərə müraciət edib.


İdarədən xezerxeber.az-a bildiriblər ki, müraciətdə qeyd olunub: "Son dövrdə ölkəmiz bir çox mötəbər idman yarışına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər vətəndaşlarımızın və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yüksək səviyyədə təşkil olunub. Əvvəlki illərdə olduğu kimi, carı il mayın 29-da Bakıda Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu da yüksək səviyyədə təşkil edilib. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün mayın 29-da həmin ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu baxımdan paytaxt sakinlərindən həmin tarixdə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
422 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti