Xəzər Xəbər

NASA adını Marsa göndərənləri açıqladı Azərbaycandan neçə nəfər var?

Cəmiyyət | 12:20 • 27 May 2019
NASA adını Marsa göndərənləri açıqladı

NASA-nın "adını Marsa göndər” kampaniyası davam edir.

"Qafqazinfo” xəbər verir ki, NASA-nın başlatdığı layihə dünyada böyük marağa səbəb olub. Belə ki, 2020-ci ildə Marsa yola salınacaq kosmik gəmidəki çiplərə adlar yazılaraq Marsa göndəriləcək. Həmin şəxslərə NASA-nın xüsusi xatirə bileti də təqdim olunacaq.

Qırmızı planetə öz adını göndərmək istəyənlər sentyabrın 30-na qədər qurumun saytındakı xüsusi online ərizəni doldurmalı olacaqlar.

Bildirilir ki, bu təşəbbüs NASA-nın proqramına diqqət çəkmək üçün aparılan kampaniyanın bir hissəsidir. Həmin kampaniya çərçivəsində planetə "Mars 2020” kosmik gəmisi göndəriləcək. Bununla da, orada keçmişdə insan yaşayıb-yaşamadığına dair sübutlar axtarılacaq, iqlim və geoloji proseslər öyrəniləcək.

"Marsa tarixi missiyanın buraxılışına hazırlaşarkən istəyirik ki, hər kəs bu səyahətdə iştirak etsin” deyə NASA-nın elmi missiyalar müdirliyi administratorunun müavini Tomas Zurbuxen açıqlama verib.

NASA adlarını Marsa göndərmək istəyənlərin ölkələr üzrə sayını da açıqlayıb. Ümumilikdə dünyadan 5, 079,944 nəfər adını qonşu planetə yollamaq üçün ərizə doldurub.

Layihəyə ən çox maraq Türkiyədən (2,166,571nəfər) olub. İlk üçlükdə Hindistan və ABŞ var.

İyirmi doqquzuncu yerdə qərarlaşan Azərbaycandan da layihəyə böyük maraq var. Belə ki, bu saata qədər 18,694 nəfər ərizə doldurub.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
504 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti