Xəzər Xəbər

Uşaqlar gündə neçə dəqiqə cizgi filmi izləməlidir? Psixiatr RƏYİ

Cəmiyyət | 14:04 • 26 May 2019
Uşaqlar gündə neçə dəqiqə cizgi filmi izləməlidir?

Uşaqların cizgi filmlərinə aludəçiliyi danılmazdır. Bir çox hallarda azyaşlılar televiziya kanalları ilə yanaşı komputer, noutbuk, planşet, mobil telefonlarda saatlarla cizgi filmləri izləyirlər. Bu hal uşaqlara necə təsir edir?

XəzərXəbər e-tibb.az-a istinadən psixiatr, uzman həkim İkram Rüstəmovun bununla bağlı yanaşmasını təqdim edir:

Sırf Azərbaycan kanallarında yayımlanan cizgi filmlərini korreksiyadan keçirilir, həmin cizgi filmləri uşaq psixologiyasına pis təsir eləmir. Amma bir məsələ var ki, valideynlər uşaqlara gündəlik neçə dəqiqə cizgi filminə baxmağa icazə verirlər?! Əgər cizgi filmi davamlı olaraq yarım saat, 1-2 saat müddətində olacaqsa, onun uşaq psixologiyasına təsiri mənfidir. Uşaqlar kiçik yaşlarında valideynləri, dostları ilə ünsiyyətdə olmalı, cizgi filmlərinə az baxmalıdırlar. Cizgi filmlərin baxış müddəti 2 yaşında uşaqlar üçün 10 dəqiqə, 3-4 yaşlı uşaqlar üçün 15-20 dəqiqə arası, 5-6 yaşlı uşaqlar üçün isə 25-30 dəqiqə arası ola bilər. Cizgi filminə baxdıqda isə valideyn uşağın yanında oturmalı və həmin cizgi filmi haqqında doğru məlumatlandırmalıdır. Uşağa o cizgi filminin nə istiqamətdə olduğunu öyrətməlidir.

Hazırkı Azərbaycan məkanında valideynlər işdə çox olurlar, çox yorulurlar, axşam evə gəldikdə uşaqlar valideynlərlə ünsiyyətdən yayınır və valideynlər uşaqları televizor qarşısında oturdaraq özlərinə boş vaxt qazandırmağa çalışırlar. Bu isə uşaqlarda hazırda bir təsir göstərməsə də, bir neçə il sonra öz təsirini göstərəcəkdir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti