Xəzər Xəbər

Azərbaycanın bu rayonu işıqsız qaldı

Cəmiyyət | 10:34 • 26 May 2019
Azərbaycanın bu rayonu işıqsız qaldı

Güclü külək Qusar rayonunda daha çox elektrik və rabitə təsərrüfatına ziyan vurub.

Bunu "Report"a Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Şaiq Fərəməzov deyib.

Ş.Fərəməzov bildirib ki, "şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb".

Onun sözlərinə görə, güclü küləyin təsirindən rayonda irigövdəli ağaclar minik avtomobillərinin üzərinə aşıb. Yollarda avtomobilərin hərəkətində çətinlik yaranıb. İlkin mərhələdə müvafiq idarələr tərəfindən qırılan ağaclar yollardan təmizlənib, maşınların hərəkəti bərpa edilib.

"Həmiçinin təbiət hadisəsi nəticəsində elektrik dirəkləri aşıb, naqillər qırılıb, Qusarın şəhər mərkəzi ilə bərabər kəndlərinin 70 faizə yaxın hissəsində elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, qaz xətti qırılıb, bəzi kəndlərə mavi yanacağın verilməsi dayanıb. "Azəriqaz " İstehsalat Birliyinin əməkdaşları xətlərin bərpası işi ilə məşğuldur", - deyə Ş.Fərəməzov bildirib.

İcra nümayəndəsi küləyin əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan vurduğunu qeyd edib:

"Güclü külək şəhər 2 saylı və Yasab kənd orta məktəblərinin dam örtüyünü dağıdıb. İlkin məlumata görə, külək 20-dən çox evin dam örtüyünü uçurub. Hazırda "Azərenerji" ASC-nin əməkdaşları tərəfindən yaşayış məntəqələrində təmir bərpa işləri aparılır. Həmçinin Qusar rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb".

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti