Xəzər Xəbər

Azərbaycanda övladlarına qeyri-ənənəvi ad qoymaq istəyən valideynlərə xəbərdarlıq ediləcək

Cəmiyyət | 13:02 • 24 May 2019
Azərbaycanda övladlarına qeyri-ənənəvi ad qoymaq istəyən valideynlərə xəbərdarlıq ediləcək

Valideynlər dünyaya yeni gəlmiş övladlarına ənənəvi olmayan adlarla bağlı müraciət etdikdə, onlara elektron qaydada xəbərdarlıq ediləcək.


ONA-nın xəbərinə görə, bunu "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı "myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.


Onun sözlərinə görə, bu funksiya "myGov” layihəsi çərçivəsində istifadəyə verilən "Şəxsi kabinet”ə inteqrasiya olunub.


"Bu xidmət vasitəsilə valideynlər dünyaya yeni gələn övladlarına elektron qaydada ad verə biləcək. Sistem üzərindən uşağa ad verildiyi zaman, adın mənası avtomatik olaraq göstəriləcək. Belə ki, bəzi hallarda valideynlər övladlarına adın mənasını bilmədən qoyurlar. Bəzən qız uşağına oğlan adı və ya ənənəvi olmayan ad qoyulur. Belə olan təqdirdə də sistem üzərindən müvafiq xəbərdarlıq çıxacaq. Ad verdikdən sonra ata və ananın soyadlarına uyğun olaraq, soyad təklifləri də göstəriləcək ki, bu da valideynlərə soyadları hansı formada seçə biləcəklərinə imkan yaradacaq”, - deyə F. Cəfərov bildirib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti