Xəzər Xəbər

Qəbul planı 6, 4 faiz artacaq

Cəmiyyət | 12:20 • 23 May 2019
Qəbul planı 6, 4 faiz artacaq

Yeni tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planında 6, 4 faiz artım nəzərdə tutulub.


Xezerxeber.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini yaqub Piriyev deyib.


Onun sözlərinə görə, ötən il qəbul planı 45599 idisə, bu il 48 506-dır.


Y. Piriyev bu il ötən ilə nisbətən orta məktəbi bitirənlərin sayının 7-8 min nəfər az olduğunu deyib: "Adətən qəbul planı 90% dolur və 4-5 min plan yeri boş qalır. Ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı 7-8 min azdır. Bu da kollec məzunlarının şansını artırır".

Xəbər lenti