Xəzər Xəbər

Bakı və Abşeronda bir gündə 6 nəfəri it dişləyib

Cəmiyyət | 15:42 • 19 May 2019
Bakı və Abşeronda bir gündə 6 nəfəri it dişləyib

Ötən gün Bakının ayrı-ayrı rayonlarında və Abşeronda bir neçə nəfəri it dişləyib.


Əsasən paytaxtın Sabunçu və Suraxanı rayonlarında bir neçə nəfər küçə itlərinin hücumuna məruz qalıb.


Belə ki, 60 yaşlı Fərman Mehdiyev, 21 yaşlı Elgün Əhmədov, 39 yaşlı Xaliq Qafarov və 53 yaşlı Fətəliyev Namiqi və daha iki nəfəri it dişləyib. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət ediblər və onlara müvafiq tibbi yardım göstərilib. ("Report")

Xəbər lenti