Xəzər Xəbər

Bazar günü istidən qovrulacağıq - May ayında əsl yay havası olacaq

Cəmiyyət | 13:06 • 18 May 2019
Bazar günü istidən qovrulacağıq -

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq. Bəzi yerlərdə duman proqnozlaşdırılır.

Mülayim cənub küləyi əsəcək. Abşeron yarımadasında gecə 15-18° isti, gündüz 24-28° isti təşkil edəcək. Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti təşkil edəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti