Xəzər Xəbər

Bu yollar rənglənir

Cəmiyyət | 13:30 • 17 May 2019
Bu yollar rənglənir

Bu gün səhər saatlarından etibarən, Bakı-Quba-Rusiya yolunun 10-50 kilometrlik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, təmir axşam saatlarınadək davam edəcək.

Bundan başqa axşam saatlarınadək Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanınından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Həsənoğlu küçəsi, Heydər Əliyev mərkəzinin yan yolu, Xətai prospektində və Sabunçu Dəmiryolu stansiyasının qarşısı ilə Sabunçu ticarət mərkəzinin yanında da üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Agentlik sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri tövsiyə edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti