Xəzər Xəbər

SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR: Bakıda bu avtobuslarda kondisionerlər işləyir

Cəmiyyət | 13:07 • 17 May 2019
SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR:

"Xaliq Faiqoğlu” MMC istismarında olan 18 və 85 saylı marşrut xətləri üzrə müasir AVRO-5 standartlarına cavab verən 50 avtobusda bu gündən etibarən kondisionerlər işlək vəziyyətə gətirilib.

Bu barədə Publika.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə digər marşrut xəttlərində də kondisionerlər qoşulacaq: "Nəzərinizə çatdıraq ki, iş planına əsasən kondisionerlərin qoşulması 1 iyun tarixinə nəzərdə tutulmuşdu, Lakin sərnişinlərin müraciətləri nəzərə alınaraq avtobuslarda havasərinlədici qurğuların qoşulması 2 həftə önə çəkilmişdir”.

Xəbər lenti