Xəzər Xəbər

DİQQƏT! İftar və imsakda bu qidalardan UZAQ OLUN

Cəmiyyət | 12:37 • 14 May 2019
DİQQƏT!

Dietoloqların məsləhətinə əsasən, oruc tutan şəxslərin orqanizmi həddindən artıq yükləməsi yolverilməzdir.

XəzərXəbər-in məlumatına görə, Ramazan ayında oruc tutan insanlar qidalanmaya xüsusi diqqət göstərməlidirlər. Çünki düzgün olmayan qidalanma həzm problemlərinin yaranmasına yola açır. İmsak və iftarda düzgün qidalanmaq istəyən şəxslər aşağıdakı şərtlərə əməl etməlidir.

İmsak menyusu

İmsakda yağlı yeyilən yağlı qidalar gün ərzində susuzluğu artırır, dayanıqlılıq müddətini də qısaldır. Mütəxəssislər imsakda bol maye qəbul etməyi, su, pendir, kərə yağı, tərəvəz, suda bişmiş ət, balıq, yumurta, çörək, lavaş, xurma və banan yeməyi məsləhət bilir. Səhərlər duzlu pendir yemək olmaz. Daha çox şit pendirlərə üstünlük vermək lazımdır. Qaymaq və digər ağartı məhsullarından, həmçinin buğda və qara çörəklərdən istifadə edilməsi məqsədəuyğundur.

İftar menyusu

Süfrədə toyuq, balıq və ya qırmızı ətdən biri mütləq olmalıdır.İftarda az qida qəbul olunmalıdır. Soyutma və buğlama yeməkləri daha məqsədəuyğundur. İçmək üçün adi su, şəkərsiz meyvə kompotları və ayrana üstünlük verilməlidir. Şirniyyat və meyvələr iftarda yeməkdən 1 saat sonra qəbul edilə bilər. Yatmazdan öncə 1 stəkan qatıq içmək lazımdır ki, həzm prosesinə müsbət təsir etsin.

Ümumilikdə isə iftarla imsak arasında minimum 8-10 stəkan su içmək lazımdır. Buzlu və qazlı içkilər içmək isə tövsiyə olunmur./Redaktor.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti