Xəzər Xəbər

Siqaret çəkirsinizsə... Ağciyərləri necə təmizləməli...

Cəmiyyət | 11:52 • 12 May 2019
Siqaret çəkirsinizsə...

Məlum olduğu kimi siqaret çəkmək bir çox xəstəliklərin yaranmasına səbəb olur. Hər gün bəlkə yüzlərlə insan siqareti çəkmə vərdişini tərgitməyə çalışır, buna nail olanlar da olur.

Tütündən imtina etdikdən sonra isə orqanizmi təmizləmə prosesi başlayır.

XəzərXəbər medicina.az-a istinadən siqaretdən istifadə edən və tərgidənlər üçün vücudun  zərərli maddələrdən necə təmizləməli olduğuyla bağlı məsləhətlər verir:

Zəncəfil - ağciyəri təmizləyir, bədən ölçünüzü formada saxlayır. İstənilməyən mikrobları ağciyərdən təmizləməyə kömək edir. Zəncəfili dəmləyərək çayını içə və ya onu dilimləyib yeyərək istifadə edə bilərsiniz.

Tərkibi antioksidan maddəsi ilə zəngin olan sarımsaq ağciyərləri zərərli maddələrdən təmizləyir. Əlavə olaraq immun sistemini gücləndrir, xəstəliklərə qarşı qoruyur.

Keçibuynuzu - xüsusilə siqaretdən istifadə edənlər üçün çox faydalıdır. 5 ədət keçibuynuzu 1 litr suda qaynadılaraq ac qarnına içilərsə, siqaretin verdiyi zərərlərdən müəyyən qədər xilas olmuş olarsınız.


Xəbər lenti